Haqqımızda

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi, rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan ittifaq üzvlərinin sosial-iqtisadi hüquqlarını müdafiə etmək, iş və əmək şəraitinin yaxşılaşdırılması,sağlamlığını,peşə maraqlarını qorumağı özünün əsas vəzifəsi hesab edir.
Komitənin fəaliyyəti əsasən əmək münasibətlərinin düzgün tənzimlənməsi, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, həmçinin mədəni-kütləvi tədbirlərin, ittifaq üzvləri arasında idman yarışlarının təşkili istiqamətlərini əhatə edir.
Struktur baxımından Komitə, təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışır və üzvlərin hüquq və mənafelərinin müdafiəsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir.
Bundan əlavə, ittifaq üzvlərinin istirahət imkanlarının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər Komitənin əsas fəaliyyət istiqamətlərindəndir.
Komitə öz üzvləri ilə daimi ünsiyyət saxlayaraq, həmrəylik və sosial ədalət prinsipləri əsasında fəaliyyətini davam etdirir.
İttifaqın struktur genişliyi və üzv sayı
İsmayıllı Rayon Komitəsinin fəaliyyət istiqamətləri:


