Xəbərlər
Quliyeva Rəsmiyyənin çalışmanın son yaş həddinə çatması münasibətilə yubiley tədbiri keçirildi

Quliyeva Rəsmiyyənin çalışmanın son yaş həddinə çatması münasibətilə yubiley tədbiri keçirildi
Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı E. Məmmədov adına İsmayıllı şəhər 3 saylı məktəb liseyin texniki işçisi Quliyeva Rəsmiyyənin çalışmanın son yaş həddinə çatması münasibətilə yubiley tədbiri keçirildi. Tədbirdə ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etdilər. Ömrünün 40 ilindən şoxunu məktəbdə təhsilin inkişafına, sinif otaqlarının təmizliyinə, məktəbin sanitar gigiyenik qaydalarının qorunub saxlanılmasına həsr etmiş Rəsmiyyə Quliyeva haqqında iş yoldaşları və qonaqlar xoş xatirələrini bölüşdülər. Öz səmimiyyəti, zəhmətkeşliyi və qayğıkeşliyilə kollektivin və şagirdlərin hörmətini qazanmış Rəsmiyyə Quliyeva uzun müddət təhsil sahəsində səmərəli fəailiyyətinə və yubiley yaşınını tamam olması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatkandırıldı.
Rayonun təhsil ictimaiyyəti adından Rəsmiyyə Quliyevanı yubiley yaşının tamam olması münasibətiıə təbrik edir, sağlam ömür və xoş istirahət arzulayırıq.
27 Sentyabr – Anım Günü ilə əlaqədar Şəhidlər Xiyabanına ziyarəti təşkil olunub

27 Sentyabr – Anım Günü ilə əlaqədar Şəhidlər Xiyabanına ziyarəti təşkil olunub
27 Sentyabr – Anım Günü ilə əlaqədar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi , Rayon Təhsil Sektorunun əməkdaşları nın və üzv təşkilatların ittifaq üzvlərilə birgə Şəhidlər Xiyabanına ziyarəti təşkil olunub.
Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.
Daha sonra kəndlərdə yerləşən şəhid məzarları ziyarət edilib, şəhidlərimizin qəhrəmanlıq yolu haqqında fikirlər səsləndirilib.Əməkdaşların iştirakı ilə təhsildə çalışan şəhid ailələrin evlərinə gedərək şəhidlərin ev muzeyləri ziyarət olunmuşdur.
Şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirik!
Allah bütün şəhidlərə rəhmət eləsin, məkanları cənnət olsun.
27 Sentyabr – Anım Günü tədbiri keçirildi

27 Sentyabr – Anım Günü tədbiri keçirildi
27 Sentyabr – Anım Günü
İsmayıllı rayonunda 27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi ehtiramla yad edilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ziyarətdə hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də rayon ictimaiyyəti iştirak edib.
Şəhidlərin məzarları ziyarət olunub, onların əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Saat 12:00-da isə Anım Günü ilə əlaqədar rayon ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərin səs siqnalları verilib.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Vətən var olsun
Piriyeva Xanım Əmirxan qızının 60 illik yubileyi kollektiv tərəfindən qeyd olundu

Piriyeva Xanım Əmirxan qızının 60 illik yubileyi kollektiv tərəfindən qeyd olundu
ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Qoşakənd kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Piriyeva Xanım Əmirxan qızının 60 illik yubileyi kollektiv tərəfindən qeyd olundu.Qabaqcıl müəllimin işinin öhdəsindən layiqincə gəldiyini və şagird müəllim kpllektiviv dərin hörmətini qazandığı vurğulandı və ona yeni uğurlar qazanmağı arzulandı . 40 illik səmərəli pedaqoji fəaliyyətinə görə ona Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və xatirə hədiyyəsi təqdim edildi.
Rayonun təhsil ictimaiyyəti adından Piriyeva Xanım müəlliməni yubiley yaşının tamam olması münasibətilə təbrik edir, sağlam ömür və fəailiyyətində uğurlar arzulayırıq.
27 Sentyabr- Anım günü ilə əlaqədar tədbirlər keçirilib

27 Sentyabr- Anım günü ilə əlaqədar tədbirlər keçirilib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin üzv təşkilatlarında, İsmayıllı rayon təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrində 27 Sentyabr- Anım günü ilə əlaqədar tədbirlər keçirilib. Vətən müharibəsində şəhid olmuş qəhrəmanların məzarları ziyarət olunub, xatirələri yad olunub . Məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şeirlər və kompozisiyalar səsləndirilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.
Şəhid Famil Əhmədzadənin anadan olmasının 51-ci ildönümü qeyd edilib

Şəhid Famil Əhmədzadənin anadan olmasının 51-ci ildönümü qeyd edilib
Vətən müharibəsinin şəhidi, E. Məmmədov adına İsmayıllı şəhər 3 saylı məktəb liseyin tarix müəllimi Famil Əhmədzadənin anadan olmasının 51-ci ildönümü qeyd edilib.
Tədbirdə YAP Rayon təşkilatının əməkdaşları, şəhər 1 və 3 nömrəli, Mücühəftəran kənd tam orta ümumtəhsil məktəblərinin bir qisim müəllim-şagird heyəti iştirak edib.
Tədbir iştirakçıları Famil Əhmədzadə haqqında xoş xatirələrini bölüşüb, məktəblilərin ifasında şerlər səsləndirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov və İsmayıllı rayon təhsil sektorunun müdiri Rəşid Məmmədov Famil Əhmədzadənin ev muzeyini və məzarını ziyarət edib gül dəstələri qoyublar.
Xatırladaq ki, Famil Ağaəhməd oğlu Əhmədzadə 23 sentyabr, 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Ailəsi İsmayıllıya köçdüyünə görə Famil 1982-ci ildə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin birinci sinfinə gedib.
1997-ci ildə məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1999-cu ilin əvvələrində Naxçıvan Muxtar Respublikasına hərbi xidmətə yollanıb. 2000-ci ilin 9 noyabrında hərbi xidmətdən baş leytenant kimi tərxis olunub. Hərbi xidmətdən sonra yenidən doğma məktəbində pedaqoji fəaliyyətini davam etdirib. Famil Əhmədzadə rayonda, eləcə də respublikada ən yaxşı müəllim kimi tanınıb. Onun bir müəllim kimi ən böyük arzusu vətənə layiqli vətəndaşlar yetişdirmək olub.
Famil Əhmədzadə 2020-ci ilin 27 sentyabrında – Vətən müharibəsi başlanan gün könüllü olaraq cəbhəyə yollanıb. Ürəyində böyük vətən sevgisi yaşadan cəsur zabit, müəllim Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin müdafiəsində müstəsna rol oynayıb. Oktyabr ayının 13-dən 14-nə keçən gecə Talış və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Famil Əhmədzadənin nəşi noyabrın 3-də əvvəlcə yaşadığı evə, daha sonra İsmayıllı rayonu Şəhidlər Xiyabanına gətirilərək, şəhər sakinlərinin izdihamlı yürüşü ilə dəfn edilib.
Allah rəhmət eləsin.
Şəhid leytenant Elxan Məmmədlinin Şəhidlər Xiyabanında anım tədbiri keçirilib

Şəhid leytenant Elxan Məmmədlinin Şəhidlər Xiyabanında anım tədbiri keçirilib
Əbədi zirvədəki qəhrəmanımız – Şəhid Elxan Məmmədli!
ETİHİ İsmayıllı Rayon Komotəsinin üzv təşkilatı Quşencə kənd tam orta ümumtəhsil məktəbinin şəhid məzunu, leytenant Elxan Məmmədlinin şəhid olduğu gün münasibətilə Şəhidlər Xiyabanında anım tədbiri keçirilib.
Tədbirdə İsmayıllı və şəhidin qeydiyyatda olduğu Suraxanı rayonu şəhid ailələri, hər iki rayonun İcra Hakimiyyətinin nümayəndələri, məktəb müəllim və şagird kollektivi, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər. Qəhrəmanımızın məzarı ziyarət olunub, üzərinə təzə tər qərənfillər düzülüb və ruhuna dualar oxunub.
Çıxış edənlər 19- 20 sentyabr 2023- cü il lokal antiterror əməliyyatında şəhid olan leytenant Elxan Məmmədlinin şərəfli döyüş yolundan, göstərdiyi şücaətdən və Vətənə olan sonsuz sevgisindən danışıblar. Vurğulanıb ki, Elxan kimi igidlərin əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillərə hər zaman örnək olacaqdır.
Unutmadıq, unutdurmarıq!
Ruhun şad olsun, cənab Leytenant!
17 sentyabr tarixində Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.

17 sentyabr tarixində Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
YAP İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib
17 sentyabr tarixində Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfransda YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov hesabat məruzəsi ilə çıxış edib.
Daha sonra YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Xaqani Tağıyev çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında rolu, Azərbaycanın davamlı inkişafı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər və ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası barədə fikirlər səsləndirilib.
Həmçinin İsmayıllı rayonunda fəaliyyət göstərən ərazi partiya təşkilatlarının sədrləri Vidadi Rəhimov, Xuraman Qurbanova, Hafiz Kərimov və Oleq Radayev çıxış edərək fəaliyyət istiqamətləri barədə danışıblar.
Konfransda YAP İsmayıllı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və partiyanın VIII Qurultayına nümayəndələr seçilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
İsmayıllıda 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

İsmayıllıda 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
İsmayıllıda 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.
İsmayıllı rayonunda 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət idarə, müəssisə və təşkilatlarının rəhbər və əməkdaşları, gənclər, ağsaqqallar, şəhid ailələri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Tədbir İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurovun çıxışı ilə açılıb. Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxışlarda 20 Sentyabr – Dövlət Suverenliyi Gününün Azərbaycanın dövlətçilik tarixində əhəmiyyəti vurğulanıb, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində xidmətlərindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasından bəhs edilib.
Çxışçılar tarixi nailiyyətin dövlətimizin gücünü, xalqımızın birliyini və həmrəyliyini nümayiş etdirdiyini bildiriblər. Gənclərin dövlətçilik ənənələrinin və milli dəyərlərin qorunmasında mühüm roluna diqqət çəkilib.
Tədbirin sonunda Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, iştirakçılar və rayon sakinləri əlamətdar gün münasibətilə təbrik olunub, ölkəmizə sülh, əmin-amanlıq və firavanlıq arzulanıb.
Fətəliyeva Mətanət Tofiq qızının 65 illik yubiley tədbiri keçirildi

Fətəliyeva Mətanət Tofiq qızının 65 illik yubiley tədbiri keçirildi
Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsunin üzv təşkilatı şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində uzun müddət kitabxanaçısı vəzifəsində işləyən cn tamam olması münasibətilə tədbir keçirildi.Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etdilər. Ömrünün çox hissəsini məktəb kitabxanasında keçirən, şagirdlərin və müəllimlərin elmi biliklərinin artırılmasına, bədii mütaliəsinin zənginləşdirilməsinə çalışan, dərsliklərin vaxtında və lazımı qaydada məktəblilərə çatdırılmasında xüsusi xidməti olmuş Mətanət xanım haqqında qonaqlar və iş yoldaşları çıxış edərək xoş xatirələrini və təbriklərini çatdırdılar. Onun işinə məsuliyyəti və səmimiyəti şagirdlərin və kollektiv üzvləri arasında dərin hörmət qazandığı xüsusi vurğulandı. Mətanət Fətəliyeva uzun müddət təhsil sahəsində səmərəli fəailiyyətinə və yubiley yaşının tamam olması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırılsı.
Rayonun təhsil ictimaiyyəti adından Mətanət xanımı yubiley yaşının tamam olması münasibətilə təbrik edir, sağlam ömür və xoş istirahət arzulayırıq.
Həmkarlar İttifaqı təşkilatının ümumi yığıncağı keçirildi

Həmkarlar İttifaqı təşkilatının ümumi yığıncağı keçirildi
Həmkarlar İttifaqı təşkilatının ümumi yığıncağı keçirildi.
ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində ilk Həmkarlar İttifaqı təşkilatının ümumi yığıncağı keçirildi.
Yığıncaqda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etdilər. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollec ilk həmkarlar ittifaqı təşkilatının son bir ildə gördüyü işlər təşkilatın sədr müavini tərəfindən səsləndirildi.Qeyd olundu ki son bir ildə ailə vəziyyəti və digər səbəbdən ərizə ilə müraciət etmiş ittifaq üzvlərinin əksəriyyətinə rayon komitəsi tərəfindən maddi yardım verilmiş,şəhid olmuş kollec tələbələrin ailələrilə görüşlər keçirilib köməkliklər göstərilmiş, mədəni kütləvi və idman tədbirləri keçirilmiş və qaliblər mükafatlandırılmış , müəllimlərin və tələbələrin asudə vaxtlarını və istirahətlərinin səmərəli təşkil olunması təşkil olunmiuşdur. Nabran Təhsil İstirahət mərkəzində müəllim və tələbələrin istirahətlərinin təşkil olunması üçün rayon komitəsinə müraciət edilmiş və müsbət cavab alınmışdır. Bu istirahətlərin təşkilində yardımçı olduğuna görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə xüsusi minnətdarlıq olundu.
Görüşdə çıxış edən Rayon Komitə sədri Hafiz Kərimov ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin salamlarını kollecin əməkdaşlarına çatdırdı, onları yeni tədris ilinin başlanılması münasibətilə təbrik edərək uğurlar və yeni nailiyyətlər arzuladı.O, həmçinin həmkarlar ittifaqına üzv olan tələbələrin sayının az olmasını, bu tədris ilində ödənişli tələbələrin üzvliyə qəbul olmasının vacibliyini bir daha rəhbərliyə və təşkilat sədrinə bildirdi.
Görüş çərçivəsində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci Həmkarlar İttifaqı təşkilatının sədri işləyən Çingiz Aslanovun yaş həddi ilə əlaqədar əmək müqaviləsi rəhbərlik tərəfindən növbəti iı üçün uzadıldığından onun həmkarlar təşkilatına sədr səlahiyyətinin də artırılması müzakirəyə çıxarıldı. Ç. Aslanovun həmkarların sədri kimi işinin öhdəsindən ləyaqətlə gəldiyini və kollektivdə böyük hörmət qazandığını nəzərə alaraq yekdillliklə səsvermə ilə ona növbəti bir il üçün sədr səlahiyyəti verildi. Daha sonra ittifaq üzvlərini maraqlandıran suallar Rayon Komitəsinin sədri tərəfindən ətraflı cavablandırıldı.
Kollec ilk həmkarlar ittifaqı təşkilatının sədri Çingiz Aslanovu səlahiyyət müddətinin artırılması münasibətilə təbrik edir, fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayırıq!
Riyaziyyat müəllimi Bağıyeva İlahə İsmi qızının 60 illik yubiley tədbiri keçirildi

Riyaziyyat müəllimi Bağıyeva İlahə İsmi qızının 60 illik yubiley tədbiri keçirildi
Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Bağıyeva İlahə İsmi qızının 60 illik yubiley tədbiri keçirildi. Tədbirdə ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etdilər. Uzun illər məktəbdə riyaziyyat fənnini tədris edən, işinə məsuliyyətlə yanaşan, bir çox layihələrdə uğur qazanan , şagirdlərin və kollektivin hörmətini qazanan İlahə Bağıyeva səmərəli pedaqoji fəailiyyətinə və yubiley yaşının tamam olmasə münasibətilə Elm və Təhsiı İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırıldı.
İlahə müəlliməni rayonun təhsil ictimaiyyəti adından yubiley yaşının tamam olması münasibətilə təbrik edir, sağlam ömür , xoşbəxtlik və fəaliyyətində davamlı uğurlar arzulayırıq!


